23 oktyabr 2024. Çərşənbə

Mane “Əl-Nəsr”dən ayrılır? - agenti açıqladı


  • Transfer
  • 17:41 13.07.2024
  • Oxunma sayı: 113
Mane “Əl-Nəsr”dən ayrılır?  - agenti açıqladı

“Əl-Nəsr”in hücumçusu Sadio Manenin agenti Byorn Bezemer müştərisinin bu yay Səudiyyə klubunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki,  o, seneqallı futbolçunun “Əl-Nəsr”də xoşbəxt olduğunu və ayrılmaq niyyətində olmadığını söyləyib.

“Sadionun transferi ilə bağlı heç bir komanda ilə görüşməmişəm. O, “Əl-Nəsr”lə mövsümə hazırlaşır və qətiyyən ayrılmaq niyyətində deyil. Komandası ondan çox razıdır."

Xatırladaq ki, Sadio Manenin 2012-ci ildən 2014-cü ilə qədər oynadığı "Red Bull Salzburq"a qayıtması ilə iddia olunurdu.

Manenin “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.







Transfer