- Transfer
- 21:53 26.11.2024
"Benfika"nın yarımmüdafiəçisi Joao Neves karyerasını Fransa PSJ-sində davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, parislilər 19 yalı futbolçunu transfer etmək istəyir.
PSJ portuqaliyalı futbolçu üçün 70 milyon avro təklif edib, bununla da "Mançester Yunayted"in 60 milyon avroluq təklifini geridə qoyub, lakin "Benfika" onun oyunçu üçün 120 milyon avroluq təzminatını tam almaq istəyir və danışıqlar aparıb futbolçunu 100 avrodan aşağı qiymətə buraxmaq fikrində deyil.
"Benfika"nın məqsədi Nevesi daha bir mövsüm saxlamaq, müqaviləsini uzatmaq və maaşını artırmaqdır. Əvvəllər Joao artıq klubun yeni müqavilə imzalamaq təklifini rədd etmişdi, ona görə onun maaşı ildə 500 min avrodan 1 milyon avroya yüksəlməlidir.
PSJ Nevesi tez bir zamanda transfer etmək istəyir, lakin onun üçün 120 milyon avro ödəməyə hazır deyil.
Neves Benfika məzunudur. 2023/2024 mövsümündə o, klubun heyətində 55 matçda 3 qol vurub və bir məhsuldar ötürmə edib.