23 oktyabr 2024. Çərşənbə

“Əl-Nəsr” Edersonu 30 milyon avroya almağa hazırdır


  • Transfer
  • 12:08 14.07.2024
  • Oxunma sayı: 122
“Əl-Nəsr” Edersonu 30 milyon avroya almağa hazırdır

“Əl-Nəsr” “Mançester Siti”nin qapıçısı Edersonun alınması üçün rəsmi təklif göndərib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O səudiyyəlilərin braziliyalı qapıçı üçün təxminən 30 milyon avro təklif etdiyini qeyd edib.

Xatırladaq ki, Ederson 2017-ci ilin iyulunda "Benfika"dan "Mançester Siti"yə keçmişdi. Transfer məbləği 40 milyon avro olub. Transfermarkt ötən mövsüm qapıçını 35 milyon avro dəyərində qiymətləndirir. Ederson "Mançester Siti" ilə birlikdə 2023/2024 mövsümü üçün Premyer Liqanın çempionu olub.







Transfer