- Transfer
- 21:53 26.11.2024
Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili yay transfer pəncərəsində "Valensiya"nı tərk edə bilər.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, “yarasalar” qapıçını 40 milyon avroya satmağı planlaşdırır. Mamardaşvilinin xidmətində “Çelsi” və “Atletiko Madrid” klubları maraqlıdır.
“Döşəkçilər” cari transfer pəncərəsində klub qeydiyyatını dəyişə biləcək sloveniyalı Yan Oblakın yerinə gürcüstanlının namizədliyini nəzərdən keçirir.
23 yaşlı qolkiper 2022-ci ilin yanvarından "Valensiya"da çıxış edir, müqaviləsi 2027-ci ilin iyununun sonuna kimidir.