23 oktyabr 2024. Çərşənbə

Marsial da İtaliya yolunda


  • Transfer
  • 18:46 14.07.2024
  • Oxunma sayı: 161
Marsial da İtaliya yolunda

"Mançester Yunayted"in keçmiş hücumçusu Antoni Marsial karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder  Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O  İtaliyanın "Komo" klubunun 28 yaşlı forvardı transfer etmək istədiyini və danışıqlar artıq davam etdiyini qeyd edib. Futbolçu gələcək həftələrdə qərarını açıqlayacaq. 

2023/2024 mövsümünün sonunda futbolçunun “Mançester Yunayted”lə əmək müqaviləsi başa çatıb. Marsial İngiltərə klubunda 317 oyun keçirib, bu oyunda 90 qol vurub və tərəfdaşlarına 47 məhsuldar ötürmə verib.







Transfer