- Transfer
- 23:58 24.12.2025
"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço komandasını dəyişə bilər.
90deqiqe.Az "ESPN"ə istinadən xəbər verir ki, "Yuventus" klubu 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Turin təmsilçisi Sançonun transferi ilə bağlı artıq "qırmızı şeytanlar"la danışıqlarını davam etdirir.
"Qoca sinyora"nın yeni sükançısı Tiaqo Motta ingilislə müqavilə bağlamaqda maraqlıdır.
Xatırladaq ki, Cedon Sanço ötən mövsüm Dortmund “Borussiya”sında icarə əsasında çıxış edib. Bundesliqada keçirdiyi 14 matçda yarımmüdafiəçi iki qol vurub və iki məhsuldar ötürmə edib.