15 avqust 2026. Şənbə

Barcelona'dan Zenit'ə


  • Transfer
  • 18:22 31.07.2019
  • Oxunma sayı: 587
Barcelona'dan Zenit'ə
Barcelona'nın hücumçusu Malkom karyerasını Zenit də davam etdirə bilər.

Corner.az "Sky Sport İtalia" nəşrinə istinadən xəbər verir ki, klublar artıq braziliyalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. 22 yaşlı futbolçunun avqustun 2-də Sankt-Peterburqa gedib, tibbi müayinədən keçəcəyi gözlənilir. "Zenit"in braziliyalı futbolçuya görə Kataloniya təmsilçisinə 40 milyon avro təzminat ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, Malkom  2018-ci ildən Kataloniya təmsilçisində çıxış edir.





Transfer