- Transfer
- 18:40 23.11.2024
“Red Bull Salzburq”da çıxış edən mərkəz müdafiəçisi Strahinja Pavloviç “Milan”a keçməyə daha yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O "rossoner" ilə Avstriya klubu arasında danışıqlar sürətlə davam etdiyini və 23 yaşlı futbolçunun özü də "Milan"a keçmək istədiyi üçün razılığın alınması çətin olmayacağını qeyd edib. Transferin “Milan”a 20 milyon avroya başa gələcək.
Pavloviç Serbiya millisinin heyətində 38 oyun keçirib, 4 qol vurub. Mərkəz müdafiəçisi Avro-2024-də millisinin hər üç oyununda iştirak etsə də, qrup mərhələsini adlamağa kömək etməyib.