25 dekabr 2025. Cümə axşamı

"Roma"nı "Əl-İttihad"a dəyişir


  • Transfer
  • 22:10 15.07.2024
  • Oxunma sayı: 207
"Roma"nı "Əl-İttihad"a dəyişir

"Roma"nın yarımmüdafiəçisi Ussem Auar Səudiyyə Ərəbistanına köçmək üzrədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O "Əl-İttihad"ın əlcəzairli futbolçu ilə yaxın vaxtlarda 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacağını qeyd edib.

Auar ötən ilin iyulunda Fransanın "Lion"undan azad agent kimi keçərək "Roma"nın sıralarına qoşulmuşdu. 26 yaşlı yarımmüdafiəçi “canavarlar”ın heyətində 25 oyun keçirib, 4 qol vurub. Transfermarkt-ın məlumatına görə, Auarın dəyəri 10 milyon avrodur. Futbolçunun “Roma” ilə hazırkı müqaviləsi də 2028-ci ilə qədərdir.







Transfer