23 oktyabr 2024. Çərşənbə

"Çelsi"yə Lukaku üçün yeni təklif göndərdilər


  • Transfer
  • 12:50 16.07.2024
  • Oxunma sayı: 106
"Çelsi"yə Lukaku üçün yeni təklif göndərdilər

"Çelsi"nin hücumçusu Romelu Lukaku "Napoli"nin maraq dairəsinə düşüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O Neapol təmsilçisinin rəhbərliyinin "Çelsi"yə 25 milyon avro təklif etdiyini qeyd edib.

"Napoli" ilə belçikalı arasında keçidlə bağlı ilkin razılıq var. Tərəflər 6,5 milyon avro maaşla 3 illik müqavilə imzalayıb. Müqaviləyə əməkdaşlığın bir il müddətinə uzadılması variantı daxil ola bilər.

Xatırladaq ki, daha əvvəl italyanlar futbolçu üçün 18 milyon ödəməyə hazır olduqlarını bildirsələrdə, "zadəganlar" bu təklifi rədd etmişdi.

Lukaku ötən mövsüm "Roma"da icarə əsasında çıxış edib. 31 yaşlı hücumçu 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer