23 oktyabr 2024. Çərşənbə

“Real" Mbappeni təqdim etdi


  • Transfer
  • 14:28 16.07.2024
  • Oxunma sayı: 142
“Real" Mbappeni təqdim etdi

Fransalı hücumçu Kilian Mbappenin yeni klubu “Real Madrid” ilə rəsmi müqavilə bağlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun sosial şəbəkəsində məlumat verilib.

26 yaşlı hücumçu tibbi yoxlanışdan keçdikdən sonra  5 illik müqavilə qol çəkib.

Mbappe “kral klubu”nun ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda ictimaiyyətə təqdim olunub.

Dünya çempionu 9 nömrəli forma altında çıxış edəcək. 

Qeyd edək ki, Mbappe 7 ildir oynadığı PSJ-nin tarixində ən çox qol vuran oyunçu kimi tarixə düşüb. O,  ötən mövsüm Paris klubunun heyətində 48 oyunda iştirak edib, 44 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer