- Transfer
- 18:40 23.11.2024
"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud Fransanın "Marsel" klubuna keçməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
O Qrinvudun "Marsel" ilə beş illik müqavilə imzalayacağını, “qırmızı şeytanlar” futbolçunun satışından 30 milyon avro və növbəti transferinin 50%-ni də alacağını qeyd edib.
Daha əvvəl 22 yaşlı futbolçunun yeni klubu ilə artıq anlaşdığı bildirilirdi.
Xatırladaq ki, Qrinvud ötən mövsümü icarə əsasında İspaniyanın “Xetafe” klubunda keçirib. Futbolçu meydanda 36 oyun keçirib, on qol vurub və altı məhsuldar ötürmə edib.