23 oktyabr 2024. Çərşənbə

"Çelsi"nin qapıçısı Səudiyyə Ərəbistanı klubundan təklif alıb


  • Transfer
  • 23:36 16.07.2024
  • Oxunma sayı: 112
"Çelsi"nin qapıçısı Səudiyyə Ərəbistanı klubundan təklif alıb

"Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, "Real Madrid"dən icarədən qayıdan ispaniyalı qolkiper "mavilər"in planlarına uyğun gəlmir və buna görə də yaxın həftələrdə satıla bilər. Təcrübəli qapıçı “Əl-İttihad”dan rəsmi təklif alıb. Səudiyyə klubu 29 yaşlı oyunçuya ildə təxminən 7 milyon avro ödəməyə hazırdır. "Çelsi" ilə də danışıqlar davam edir.

Kepanın hazırkı müqaviləsi bir ildən sonra başa çatır. O, Real Madriddə 20 oyun keçirib, bu oyunda 18 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.







Transfer