23 oktyabr 2024. Çərşənbə

“Əl-Hilal”dan Neymarla bağlı paylaşım


  • Transfer
  • 10:37 17.07.2024
  • Oxunma sayı: 103
“Əl-Hilal”dan Neymarla bağlı paylaşım

Dizindəki zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan braziliyalı hücumçu Neymar yaşıl meydanlara qayıtmağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki,  bu barədə “Əl-Hilal”ın mətbuat xidməti məlumat yayıb.

 "Neymar qayıtdı" - deyə, Səudiyyə klubu sosial şəbəkədəki paylaşımında qeyd edib.

Xatırladaq ki, 32 yaşlı forvard keçən ilin oktyabrından çarpaz bağlarının qopması səbəbindən xəstəxanadadır. Neymar 2023-cü ilin yayında "Əl-Hilal"ın sıralarına qoşulub. Hücumçu Səudiyyə yığmasının heyətində cəmi 5 oyun keçirib və bu oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.







Transfer