- Transfer
- 21:53 26.11.2024
İspaniya millisinin və "Leypsiq" klubunun yarımmüdafiəçisi Dani Olmo karyerasını vətənində davam etdirə bilər.
90deqiqe.Az "Bild"ə istinadən xəbər verir ki, "Atletiko Madrid" yarımmüdafiəçini transfer etməkdə maraqlıdır. Artıq tərəflər ilk danışıqlarını aparıblar. Olmonun müqaviləsində 60 milyon avro sərbəst buraxılma maddəsi var.
Yarımmüdafiəçinin transferində "döşəklər"dən başqa, "Bavariya" və "Mançester Siti" də maraqlıdır.
Xatırladaq ki, Dani İspaniya millisinin heyətində Avropa çempionu olub. Almaniyada keçirilən son turnirdə yarımmüdafiəçi üç qol vurub, iki məhsuldar ötürmə edib.