- Transfer
- 21:53 26.11.2024
Hücumçu Meyson Qrinvudun "Marsel"ə keçidi rəsmiləşmək üzrədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
O fransız klubunun artıq Qrinvuda şəxsi uçuş sifariş etdiyini və futbolçu tezliklə tibbi müayinədən keçmək üçün Marselə gələcək və 5 illik müqavilə imzalayacağını qeyd edib.
"Mançester Yunayted" 22 yaşlı Qrinvud üçün 30 milyon avro alacaq. Bundan əlavə, “qırmızı şeytanlar” hücumçunun növbəti transfer haqqının 50%-ni alacaq.
Onu da əlavə edək ki, Meyson Qrinvud ötən mövsüm “Xetafe”də icarə əsasında çıxış edib.