23 oktyabr 2024. Çərşənbə

“Vest Hem” Todibo ilə razılaşdı, amma...


  • Transfer
  • 16:42 17.07.2024
  • Oxunma sayı: 95
“Vest Hem” Todibo ilə razılaşdı, amma...

"Barselona"nın sabiq müdafiəçisi Jan-Kler Todibo karyerasını İngiltərədə davam etdirə bilər. "

90deqiqe.Az "The Athletic"ə istinadən xəbər verir ki,  24 yaşlı futbolçunun transferi "Vest Hem" tərəfindən razılaşdırılıb. Söhbət 32 milyon avroya məcburi alış şərti ilə 5 milyon avroya icarədən gedir. Daha 3 milyon bonus olaraq sövdələşməyə daxildir.

Buna baxmayaraq “Vest Hem” klubu Todibonun "Yuventus"a keçməyi seçə biləcəyindən narahatdır. Buna səbəb futbolçunun Çempionlar Liqasında oynamaq imkanı əldə etməsidir..

“Qoca sinyora” A Seriyasında üçüncü yeri tutaraq bu turnirə vəsiqə qazanıb.







Transfer