23 oktyabr 2024. Çərşənbə

Morata "Milan"la müqavilə imzaladı


  • Transfer
  • 16:45 17.07.2024
  • Oxunma sayı: 109
Morata "Milan"la müqavilə imzaladı

Hücumçu Alvaro Morata karyerasını İtaliya çempionatında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder  Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 31 yaşlı forvardın artıq "Milan" ilə daha bir mövsüm üçün uzatma imkanı ilə 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkdiyini qeyd edib.

Morata "Atletiko Madrid"dən "Milan"a keçib. Bir vaxtlar A Seriyasında Alvaro başqa bir böyük klubda - "Yuventus"da çıxış edirdi. Əlavə edək ki, bir neçə gün əvvəl Alvaro Morata İspaniya millisinin heyətində Avropa çempionu olub.







Transfer