- Transfer
- 21:53 26.11.2024
"Əl-Əhli"nin hücumçusu Allan Saint-Maximin "Fənərbağça"ya keçidi rəsmiləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumatda, 27 yaşlı futbolçunu icarəyə götürüldüyü və futbolçunun icarəsi üçün Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna 8 milyon avro ödəyəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Sen-Maksimini 18 milyon avro qiymətləndirirlər. Əvvəllər forvard Avropada bir sıra klublarda, xüsusən də “Nitsa” və “Nyukasl”da çıxış edib.