23 oktyabr 2024. Çərşənbə

Marko Roys MLS-ə keçməyə yaxındır


  • Transfer
  • 21:31 17.07.2024
  • Oxunma sayı: 99
Marko Roys MLS-ə keçməyə yaxındır

On iki il çıxış etdiyi Dortmund "Borussiya"sından ayrılan Marko Roys özünü MLS-də sınayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O, 35 yaşlı futbolçunun "Los Anceles Qalaksi"yə keçməyə yaxın olduğunu və tərəfləri sövdələşməni bağlamaqda ilkin razılıq əldə etdiklərini qeyd edib.

Marko Roys azad agent kimi "Los Anceles Qalaksi"yə qoşulacaq.

Qeyd edək ki, nüfuzlu Transfermarkt portalının mütəxəssisləri futbolçunu 5 milyon avro dəyərində qiymətləndirirlər.







Transfer