23 oktyabr 2024. Çərşənbə

Poçettino bu millini çalışdırmaq təklifi aldı


  • Transfer
  • 22:33 17.07.2024
  • Oxunma sayı: 120
Poçettino bu millini çalışdırmaq təklifi aldı

“Tottenhem”, PSJ və “Çelsi”nin sabiq baş məşqçisi Maurisio Poçettino ABŞ millisinə rəhbərlik edə bilər.

90deqiqe.Az "Diario Olen"ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis Amerika kubokundan sonra vəzifəsini tərk edən Qreq Berhalterin yerinə namizədlərdən biridir.

Poçettino , ABŞ komandasının bu vəzifə üçün düşündüyü yeganə yüksək səviyyəli məşqçi deyil. Amerikalılar “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppa da təklif göndəriblər, lakin o, bu işdən imtina edib.

ABŞ komandasının yeni baş məşqçisini sentyabr ayına qədər elan edəcəyi gözlənilir.







Transfer