14 iyun 2025. Şənbə

"Arsenal" və "Bolonya" razılığa gələ bilmir


  • Transfer
  • 09:40 18.07.2024
  • Oxunma sayı: 136
"Arsenal" və  "Bolonya" razılığa gələ bilmir

"Arsenal" və "Bolonya" klubları italyan müdafiəçi Rikkardo Kalafiorinin transferi ilə bağlı razılığa gələ bilmir.

90deqiqe.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, tərəflər hələ də danışıqlar aparır, lakin hələlik razılığa gələ bilmirlər.

"Topçular" futbolçu üçün 40 milyon avro təklif etsə də, İtaliya tərəfini bu məbləğ qane etmir. "Bolonya" müdafiəçinin satışından 50 milyon qazanmaq istəyir.

22 yaşlı futbolçu ötən yaydan indiki klubunda çıxış edir. Tərəflər arasında mövcud əmək müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatır. Transfermarkt-ın məlumatına görə, Rikardonun dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.







Transfer