25 dekabr 2025. Cümə axşamı

"Renn"i "Bayer"ə dəyişə bilər


  • Transfer
  • 11:50 18.07.2024
  • Oxunma sayı: 134
"Renn"i "Bayer"ə dəyişə bilər

"Renn"in fransız hücumçusu Martin Teryer karyerasını Almaniya çempionatında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O "Bayer Leverkuzen"in oyunçu ilə müqavilə bağlamaqda maraqlı olduğunu və tərəflərin uzunmüddətli müqavilə imzalamaq üçün danışıqlarının davam etdirdiyini qeyd edib.

2023/2024 mövsümündə Teryer  "Renn" forması ilə 36 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 20 milyon avro qiymətləndirilir. Ötən mövsüm "Bayer" Bundesliqa çempionu və Almaniya kubokunun qalibi olub. Avropa Liqasında "Atalanta"ya uduzduğu (0:3) Xabi Alonsonun komandası finala yüksəlib.







Transfer