- Transfer
- 18:40 23.11.2024
Son Avro 2024-ün ən yaxşı oyunçularından biri olan Gürcüstan millisinin hücumçusu Georges Mikautadze karyerasını "Lion"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 4 illik müqavilə imzalayıblar. Müqavilə “toxucular”a bonuslarla birlikdə 23 milyon avroya başa gəlib.
Xatırladaq ki, Mikautadze ötən mövsümün ikinci yarısını Liqa 1-dən düşmüş “Metz”də keçirib. Yayda Gürcüstan millisinin hücumçusu Avro-2024-də yaxşı çıxış edərək komandasına üç qol vurub. Beləliklə, o, böyük futbol turnirində bombardirlər sırasına daxil oldu. Nüfuzlu Transfermarkt portalı 23 yaşlı forvardı 20 milyon avro dəyərində qiymətləndirir.