- Transfer
- 18:40 23.11.2024
"Bayer Leverkuzen" hücum xəttini gücləndirib.
90deqiqe.Az xəbər verir ki, Bundesliqa çempionu “Renn”in hücumçusu Martin Teryeri heyətinə qatıb. Bu barədə “əczaçılar”ın mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Fransalı futbolçu karyerasının son dörd ilini “Renn”də keçirib. O, "Lill"in yetirməsidir. Transfermarkt portalı 27 yaşlı futbolçunu 20 milyon avro olaraq qiymətləndirir. Fransa və Almaniya klubları arasında sövdələşmə məbləğinin 20 milyon olduğu təxmin edilir.