23 oktyabr 2024. Çərşənbə

Meyson Qrinvud rəsmən "Marsel"də


  • Transfer
  • 22:44 18.07.2024
  • Oxunma sayı: 100
 Meyson Qrinvud rəsmən "Marsel"də

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudun "Marsel"ə keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  22 yaşlı futbolçu ilə müqavilənin müddəti hələlik açıqlanmayıb.

İddialara görə, "qırmızı şeytanlar" ingilis futbolçu üçün 30 milyon avro qazanacaq. Bundan əlavə, “Mançester Yunayted” hücumçunun sonrakı transfer haqqının 50%-ni alacaq.

Xatırladaq ki, Qrinvud ötən yay icarə əsasında Madriddən İspaniyanın “Xetafe” klubuna keçmişdi. Orta Primera klubunda 36 matçda 10 qol vurub və altı məhsuldar ötürmə edib. Qrinvud “Mançester Yunayted”in yetirməsidir. Transfermarkt portalı təzminatı 26 milyon olaraq qiymətləndirib.







Transfer