23 oktyabr 2024. Çərşənbə

“Mançester Yunayted” 62 milyonluq transferi rəsmən açıqladı


  • Transfer
  • 23:38 18.07.2024
  • Oxunma sayı: 69
“Mançester Yunayted” 62 milyonluq transferi rəsmən açıqladı

Mərkəz müdafiəçisi Leni Yoro "Lill"i "Mançester Yunayted"ə dəyişib.

90deqiqe.Az xəbər verir ki, “qırmızı şeytanlar” 18 yaşlı futbolçunun transferini sosial şəbəkə vasitəsilə rəsmən təsdiqləyib.

Fransız futbolçu Mançester klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb və müqavilədə daha bir mövsüm üçün uzadılması variantı da nəzərdə tutulub. 

"Lill" futbolçunun satışından 62 milyon avro qazanıb.

 Yoro Fransa klubunda 60 oyuna çıxıb və üç qol vurub.







Transfer