23 oktyabr 2024. Çərşənbə

"Seltik" 37 yaşlı Şmeyxellə güclənib


  • Transfer
  • 23:45 18.07.2024
  • Oxunma sayı: 74
"Seltik" 37 yaşlı Şmeyxellə güclənib

Şotlandiyanın "Seltik" klubu danimarkalı qapıçı Kasper Şmeyxeli transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper Qlazqo təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Brendan Rocersin komandasında danimarkalı ötən mövsümün sonunda karyerasını başa vuran Co Hartı əvəz edəcək.

Kasper Şmeyxel son iş yeri Belçikanın "Anderlext"i olub, onunla iyunda başa çatan müqaviləsini yeniləməyib. "Seltik" futbolçunu azad agent kimi alıb.

Təcrübəli qolkiper bütün yarışlarda 479 matçda iştirak etdiyi "Lester"də göstərdiyi performansla tanınır.







Transfer