23 oktyabr 2024. Çərşənbə

Qərar verdi: Bu liqaya gedir


  • Transfer
  • 10:01 19.07.2024
  • Oxunma sayı: 71
Qərar verdi: Bu liqaya gedir

"Barselona"dan azad agent kimi ayrılan müdafiəçi Sergi Roberto karyerasını davam etdirmək üçün istədiyi yerlə bağlı qərar verib.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu İngiltərə Premyer Liqasına keçmək istəyir.

La Liqada "Jirona", "Valensiya" və "Sevilya" Sergi ilə maraqlansa da, futbolçu "Albion"a özünü sınamaq istəyir.

Xatırladaq ki, Roberto 2010-cu ildən "Barselona"nın rənglərini qoruyur. Ötən mövsüm İspaniya çempionatında Sergi 14 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. Onun dörd sarı vərəqəsi var.







Transfer