23 oktyabr 2024. Çərşənbə

"Mançester Siti" "Bavariya"nın ulduzunu transfer edir


  • Transfer
  • 13:53 19.07.2024
  • Oxunma sayı: 84
"Mançester Siti" "Bavariya"nın ulduzunu transfer edir

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix komandasını dəyişməyə yaxındır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, alman futbolçunun yeni klubu "Mançester Siti" olacaq.

Tərəflər danışıqlar aparır və əmək müqaviləsinin imzalanmasına yaxınlaşır.

Transfer məbləği təxminən 50 milyon avro olacaq. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Kimmixin transferi ilə şəxsən maraqlanır. Yarımmüdafiəçinin ingilis klubu ilə müqaviləsinin 4 il davam edəcəyi gözlənilir.

Almaniya çempionatının 2023/2024 mövsümündə 29 yaşlı yarımmüdafiəçi 28 oyun keçirib. Kimmix bir qol vurub, altı məhsuldar ötürmə edib.







Transfer