23 oktyabr 2024. Çərşənbə

Morata rəsmən "Milan"da


  • Transfer
  • 15:29 19.07.2024
  • Oxunma sayı: 71
Morata rəsmən "Milan"da

İspaniyalı hücumçu Alvaro Morata "Atletiko Madrid"dən "Milan"a keçib.

90deqiqe.Az xəbər verir ki, bu barədə İtaliya komandasının mətbuat xidməti məlumat yayıb.

31 yaşlı forvard "rossoneri" ilə 30 iyun 2028-ci ilə qədər əmək müqaviləsi imzalayıb.

Morata 2020-ci ildən "Atletiko Madrid"də çıxış edir. Bu müddət ərzində o, 154 oyunda iştirak edib, bu oyunda 58 qol vurub və 14 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, Moratanın alınması Milan klubuna 13 milyon avroya başa gəlib. İtaliya çempionatının yeni mövsümü avqustun 17-də başlayır. Bu gün "Milan" "Torino"nu qəbul edəcək.







Transfer