23 oktyabr 2024. Çərşənbə

PSJ iki futbolçusunu "Çelsi"yə təklif edib


  • Transfer
  • 22:33 19.07.2024
  • Oxunma sayı: 112
PSJ iki futbolçusunu "Çelsi"yə təklif edib

Fransanın PSJ klubu "Çelsi"yə iki hücumçusunu təklif edib.

90deqiqe.Az-ın "HITC"ə istinadən məlumatına görə,Paris klubu Gonçalo Ramos və ya Randal Kolo-Muani ilə müqavilə bağlamaq üçün London klubuna müraciət göndərib.

İddia görə, parislilər "Napoli"nin hücumçusu Viktor Osimheni almağa ümid edirlər, buna görə də hücumçularından birini göndərmək istəyir. “Çelsi” rəhbərliyi futbolçularla bağlı hələ ki, təklifə cavab verməyiblər.

PSJ yeni mövsümə avqustun 8-də başlayacaq. Bu gün Luis Enrikenin komandası Fransa Superkuboku uğrunda oyun çərçivəsində “Monako” ilə qarşılaşacaq. Matçın startı Bakı vaxtı ilə saat 22:00-a planlaşdırılıb.

 







Transfer