23 oktyabr 2024. Çərşənbə

3 Premyer Liqa nəhəngi Olmonu almaq istəyir


  • Transfer
  • 00:28 20.07.2024
  • Oxunma sayı: 100
3 Premyer Liqa nəhəngi Olmonu almaq istəyir

"Leipsiq"in yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "Diario Sport"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində "Mançester Siti", "Mançester Yunayted" və "Liverpul" maraqlıdır.

“Mançester Siti” ispaniyalını Səudiyyə Ərəbistanına getdiyi təqdirdə Kevin De Bruyneni əla əvəz edə biləcəyinə inanır.

Yarımmüdafiəçinin Bundesliqa klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.







Transfer