- Transfer
- 21:53 26.11.2024
"Bayer Leverkuzen" daha əvvəl "Liverpul"da çıxış etmiş 32 yaşlı mərkəz müdafiəçisi Coel Matiplə danışıqlar aparır.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O “Bayer”dən başqa, kamerunlu futbolçunun xidmətində maraqlı olan daha bir neçə klubun olduğunu qeyd edib.
Matipin "Liverpul"la müqaviləsi 2024-cü il iyulun 1-də başa çatır. Müdafiəçi 2016-cı ildən Mersisaydlıların şərəfini qoruyur. Bu müddət ərzində o, bütün turnirlərdə 201 matçda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.