23 oktyabr 2024. Çərşənbə

Mourinyo "Mançester Siti"nin ulduzunu “Fənərbağça”ya gətirir


  • Transfer
  • 12:45 20.07.2024
  • Oxunma sayı: 107
Mourinyo "Mançester Siti"nin ulduzunu “Fənərbağça”ya gətirir

"Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi Mateo Kovaçiçin karyerasını "Fənərbağça"da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Fotomac" məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis xorvatiyalı futbolçunun oyununa heyran olduğu üçün onun transferində şəxsən maraqlıdır.  Üstəlik,  Mourinyo “Fənərbağça”nın 30 yaşlı futolçunun oynadığı mövqedə möhkəmlənməyə ehtiyacı olduğunu düşünür.

Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 46 matçda iştirak edib, bu oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib. 30 yaşlı futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.







Transfer