- Transfer
- 23:54 22.11.2024
"Transfermarkt", Avro və Amerika Kuboku 2024 başa çatdıqdan sonra oyunçuların transfer qiymətlərini yeniləyib.
90deqiqe.Az xəbər verir ki, birinci yeri dörd futbolçu bölüşüb, onların dəyəri 180 milyon avro qiymətləndirilir. Söhbət Cud Bellinqem, Vinisius Junior, Kilian Mbappe (hamısı "Real Madrid") və Erlinq Haalanddan ("Mançester Siti") gedir.
Reytinqdə növbəti yerdə 150 milyonluq qiymət etiketi ilə “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden qərarlaşıb.
Əlavə edək ki, "Barselona"nın 17 yaşlı ispan istedadı Lamin Yamal uğurlu avrodan sonra 120 milyon avro dəyərində qiymətləndirilir.