17 aprel 2026. Cümə

Markes millinin baş məşqçisi olmaq üçün "Barselona"dan ayrılacaq


  • Transfer
  • 22:39 20.07.2024
  • Oxunma sayı: 200
Markes millinin baş məşqçisi olmaq üçün "Barselona"dan ayrılacaq

"Barselona"nın gənclərdən ibarət komandasının baş məşqçisi Rafael Markes komandanı tərk edəcək.

90deqiqe.Az-ın "TUDN MEX"ə istinadən məlumatına görə 45 yaşlı mütəxəssis Meksika millisində Xavyer Agirrenin məşqçilər korpusuna qoşulacaq, 2026-cı ildə isə milliyə rəhbərlik edəcək. Tezliklə rəsmi açıqlama gözlənilir.

Xatırladaq ki, Markes 2022-ci ildən "Barselona"da çalışır. Bu yay o, əsas komandanın baş məşqçisi postuna namizəd sayılırdı, lakin “mavi qranatlar”ın rəhbərliyi Hans-Diter Fliki seçdi. Qeyd edək ki, Markes bir müddət əvvəl "Barselona" ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzadıb.







Transfer