- Transfer
- 23:54 22.11.2024
"Əl-İttihad"ın və Fransa millisinin yarımmüdafiəçisi N'Qolo Kante Premyer Liqaya qayıtmayacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O “Vest Hem”lə “Əl-İttihad” arasında danışıqlar aparıldığını və bu danışıqlar zamanı Səudiyyə klubu ingilislərə fransızı komandanın əsas oyunçusu kimi gördüyü üçün satmaq istəmədiyini açıqladığımı qeyd edib.
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun 33 yaşlı yarımmüdafiəçisi ötən mövsüm bu klubda bütün turnirlərdə 44 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Səudiyyə klubu ilə hazırkı müqavilə 2026-cı ilin iyuluna qədərdir.
Kante 2016-cı ildən Londonda "Çelsi"də çıxış edir. Fransız futbolçu klubu ilə İngiltərə çempionatı və Kuboku, Çempionlar Liqası, Avropa Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.