- Transfer
- 23:54 22.11.2024
"Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını Amerikanın "Atlanta Yunayted" klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə "TuttoAtalanta" məlumat yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı futbolçu getdiyi üçün “Atalanta”nın son yoldaşlıq görüşünü buraxıb.
Sövdələşmənin yaxın bir neçə gün ərzində bağlanacağı bildirilir. İtaliya klubu rusiyalı futbolçunun satışından təxminən 12-13 milyon avro qazanacaq.
Mirançukun "Atalanta" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalının məlumatına görə, yarımmüdafiəçinin dəyəri on milyon avrodur.