14 dekabr 2025. Bazar günü

De Bruyne özünə yeni klub seçir


  • Transfer
  • 20:28 21.07.2024
  • Oxunma sayı: 182
De Bruyne özünə yeni klub seçir

Belçika millisinin və "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Kevin De Bruyne komandasını dəyişməyə hazırdır.

90deqiqe.Az-ın "Manchester Evening News"a istinadən məlumatına görə, 33 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək qərarına gəlib.

De Bruyne "Əl-İttihad"a keçməyə razılaşıb. Səudiyyə klubu hazırda “Mançester Siti” rəhbərliyi ilə danışıqlar aparır.

Kevinin "Siti" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun transfer qiyməti 50 milyon avro qiymətləndirilir.

Ötən mövsüm De Bruyne 26 oyuna çıxıb, 6 qol vurub, 18 məhsuldar ötürmə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində