9 iyul 2026. Cümə axşamı

Sanço Fransa nəhənginə keçə bilər


  • Transfer
  • 12:50 22.07.2024
  • Oxunma sayı: 185
Sanço Fransa nəhənginə keçə bilər

"Mançester Yunayted"in cinah oyunçusu Cedon Sanço karyerasını Fransa çempionatında davam etdirə bilər.

90deqiqe.Az “Footmercato"ya istinadən xəbər verir ki, PSJ futbolçunu transfer etməkdə maraqlıdır. Paris rəhbərliyi artıq ingilis futbolçuya təklif göndərib. Sançonun özü də karyerasını davam etdirmək üçün bu variantda maraqlıdır.

Yarımmüdafiəçinin transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir və onun "qırmızı şeytanlar"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Qeyd edək ki, Cedon ötən mövsüm Dortmund "Borussiya"sında icarə əsasında çıxış edib. 24 yaşlı yarımmüdafiəçi Almaniya çempionatında 14 matçda iştirak edib və bu oyunda iki qol vurub, iki məhsuldar ötürmə edib.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər