9 iyul 2026. Cümə axşamı

Varan Fabreqasın baş məşqçisi olduğu İtaliya klubuna keçir


  • Transfer
  • 14:31 22.07.2024
  • Oxunma sayı: 176
Varan Fabreqasın baş məşqçisi olduğu İtaliya klubuna keçir

"Real"ın və Fransa millisinin sabiq müdafiəçisi Rafael Varan karyerasını "Komo"da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O fransalı futbolçunun İtaliya klubu ilə bir mövsüm uzatmaq imkanı ilə iki illik əmək müqaviləsi imzalayacağını qeyd edib.

 Təcrübəli müdafiəçinin əvvəlki iş yeri “Mançester Yunayted” olub. Varan müqaviləsi başa çatdıqdan sonra "qırmızı şeytanlar"dan ayrılıb.

Ötən mövsüm Rafael 32 matçda iştirak edib, qol vurub. Onun transfer qiyməti hazırda 20 milyon avro qiymətləndirilir. Yeni mövsümdə Komo A Seriyasında çıxış edəcək.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər