23 oktyabr 2024. Çərşənbə

Xames Rodriqes Braziliya klubundan ayrılır


  • Transfer
  • 14:45 22.07.2024
  • Oxunma sayı: 88
Xames Rodriqes Braziliya klubundan ayrılır

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes yaxın vaxtlarda "San-Paulu"dan ayrılacaq.

90deqiqe.Az xəbər verir ki, 33 yaşlı futbolçu Braziliya klubu ilə əməkdaşlığa vaxtından əvvəl xitam verilməsi şərtləri ilə bağlı razılığa gəlmək üzrədir.

Ceyms yenidən Avropada oynamaq istəyir.

Braziliyaya köçməzdən əvvəl Rodriqes 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə qədər oynadığı Yunanıstan "Olimpiakos"unda çıxış edirdi.

Əvvəllər hücumameyilli yarımmüdafiəçi “Everton”, “Real Madrid”, “Monako” və “Portu”ya məxsus olub, həmçinin “Bavariya”da icarə əsasında çıxış edib.

Xatırladaq ki, Ceyms bu yaxınlarda başa çatan Amerika Kubokunun ən yaxşı oyunçusu kimi tanınıb.







Transfer