23 oktyabr 2024. Çərşənbə

"Liverpul" Kubo üçün 60 milyon avro ödəməyə hazırdır


  • Transfer
  • 15:26 22.07.2024
  • Oxunma sayı: 84
"Liverpul" Kubo üçün 60 milyon avro ödəməyə hazırdır

"Real Sosyedad"ın vingeri Takefusa Kubo karyerasını İngiltərənin "Liverpul"unda davam etdirə bilər.

90deqiqe.Az-ın "Sponichi Annex"ə istinadən məlumatına görə, britaniyalılar Kubo ilə şəxsi müqavilənin şərtləri ilə bağlı danışıqlara artıq başlayıb.

İngiltərə klubu yapon futbolçunun "Real Sosyedad" ilə müqaviləsində satın alma variantı ilə icarəyə götürmək niyyətindədir

Bildirilir ki, "Real Madrid" 23 yaşlı futbolçunun gələcək satışlarının 50%-ni özündə saxlayır.

Xatırladaq ki, ötən mövsüm Kubo bütün turnirlərdə 41 qarşılaşmada iştirak edib və bu matçlarda 7 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Transfer