9 iyul 2026. Cümə axşamı

Xuan Mata bu klubda məşq edir


  • Transfer
  • 15:54 22.07.2024
  • Oxunma sayı: 181
Xuan Mata bu klubda məşq edir

Xuan Mata Yaponiyanın “Vissel Kobe” klubundan ayrıldıqdan sonra 6 aydır ki, klubsuzdur.

90deqiqe.Az-ın "Driblesin"ə istinadən məlumatına görə, 36 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını davam etdirmək üçün özünə klub axtarır.

 Xuan Mata hazırda Danimarkanın "Nordsjælland" klubunda məşq edir.

Qeyd edək ki, Xuan Mata Avropada əsasən "Valensiya", "Çelsi" və "Mançester Yunayted"dəki çıxışları ilə tanınır. Nüfuzlu Transfermarkt portalı futbolçunu 800 min avro qiymətləndirir.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər