9 iyul 2026. Cümə axşamı

43 yaşında karyerasını bərpa etdi


  • Transfer
  • 22:30 22.07.2024
  • Oxunma sayı: 205
43 yaşında karyerasını bərpa etdi

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi, 43 yaşlı Qaret Barri karyerasını bərpa edib.

90deqiqe.Az xəbər verir ki,  futbolçu İngiltərədə 11-ci divizionda "Hurstpierpoint" klubunda çıxış edəcək.

Xatırladaq ki, Barri dörd il əvvəl karyerasını başa vurmuşdu. Həmin vaxt məşhur yarımmüdafiəçinin son klubu “Vest Bromviç” olub. Həmçinin karyerası ərzində "Brayton" və "Aston Villa" yetirməsi Birmingem klubunda, həmçinin "Mançester Siti" və "Everton"da çıxış edib. 2000-2012-ci illərdə İngiltərə millisində çıxış edib. Yeri gəlmişkən, Barri keçirdiyi matçların sayına görə İngiltərə Premyer Liqasında mütləq rekordçudur (653).







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər