23 oktyabr 2024. Çərşənbə

“Bavariya”dan Premyer Liqaya


  • Transfer
  • 22:39 22.07.2024
  • Oxunma sayı: 119
“Bavariya”dan Premyer Liqaya

"Bavariya"nın futbolçusu Nusser Mazraui karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 26 yaşlı müdafiəçinin xidmətində İngiltərə Premyer Liqasının iki klubu "Mançester Yunayted" və "Vest Hem"in maraqlı olduğunu qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Bavariya”nın müdafiəçi cinah oyunçusu üçün qiyməti barədə xəbərlər yayılmışdı. Klub mərakeşli üçün təklifləri dinləməyə hazırdır.

Futbolçu 15-25 milyon avroya klubu tərk edə bilər.

Ötən mövsüm Nusser Almaniya çempionatında Münhen klubunun heyətində cəmi 19 oyun keçirib. Əsas səbəb zədələrdir. “Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı səkkizinci, “Vest Hem” 9-cu pillədə başa vurmuşdu.







Transfer