- Transfer
- 23:27 04.10.2024
"Roma" və Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubunun təklifini rədd edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O argentinalı oyunçunun Yaxın Şərqə köçməkdənsə, hələlik İtaliyada qalmaq istədiyi üçün illik 10 milyon avroluq müqavilədən imtina etdiyini qeyd edib.
Yarımmüdafiəçi 2019-2023-cü illərdə PSJ-yə məxsus olub və son mövsümünü Fransanın ən yüksək liqasında icarə əsasında “Yuventus”da keçirib. O, 2017-2019-cu illərdə Rusiyanın "Zenit" klubunda çıxış edib.