- Transfer
- 15:50 14.09.2024
"Barselona"nın və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan "Əl-Sədd"ə keçə bilər.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, Qətər klubu alman futbolçuya sərfəli təklif edib. 33 yaşlı futbolçunun "Əl-Sədd"in təklifini nəzərdən keçirir.
Xatırladaq ki, ötən mövsüm Gündoğan bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.