23 oktyabr 2024. Çərşənbə

PSJ-ni "Mançester Siti"yə dəyişir


  • Transfer
  • 23:30 22.07.2024
  • Oxunma sayı: 94
PSJ-ni  "Mançester Siti"yə dəyişir

PSJ-nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma karyerasını "Mançester Siti"də davam etdirə bilər.

90deqiqe.Az-ın " La Gazzetta dello Sport"a istinadən məlumatına görə,"şəhərlilər"in baş məşqçisi Pep Qvardiola komandanın əsas qapıçısı Edersonun "Əl-İttihad"a keçəcəyi təqdirdə italyanlının kluba keçidində maraqlıdır. Artıq “Mançester Siti”nin Paris klubuna transfer sorğusu göndərdiyi bildirilir.

Xatırladaq ki, Donnarumma 2021-ci ilin iyulunda azad agent kimi “Milan”dan PSJ-yə keçmişdi.

Qapıçı ötən mövsüm parislilərin heyətində 42 oyun keçirib, onlardan 16-da qapını təmiz saxlayıb, qalanlarında isə ümumilikdə 38 qol buraxıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur PSJ-nin tərkibində Donnarumma üç dəfə Fransa çempionu olub







Transfer